ABB-İnvestin yenilənmiş saytı tezliklə xidmətinizdə olacaq
Xidmətlərimiz
Vasitəçilik
ABB-İnvest İnvestisiya Şirkəti müştərilərinə yerli və xarici bazarlarda ticarət olunan qiymətli kağızların və törəmə maliyyə alətlərinin alınıb - satılması üzrə vasitəçilik (broker) xidmətini təklif edir.
Repo/Əks-Repo
Repo/Əks-Repo əməliyyatları ilə likvidlik ehtiyaclarınızı sürətli və minimal xərclə ödəmək üçün ən aşağı faiz dərəcələri ilə pul vəsaitləri cəlb edə və ya bu yolla sərbəst vəsaitinizi bazarda mövcud olan ən yüksək gəlirliliklə yerləşdirə bilərsizniz.
Anderraytinq
Şirkətlərin biznesi inkişaf etdirmək və qarşıya qoyulan hədəflərə çatmaq üçün mütəmadi olaraq əlavə kapitala və pul vəsaitlərinə ehtiyacları yaranır. Mövcud kapital ehtiyaclarını qarşılaya bilmək üçün onlar kapital bazarlarının alətlərindən.
Market Maker
ABB-İnvest İnvestisiya Şirkəti market meyker xidməti göstərməklə öz üzərinə Bakı Fond Birjasında qiymətli kağızların alışı və satışı üzrə sifarişləri yerləşdirmək və icra etməklə razılaşdırılmış həcmdə qiymətli kağızların likvidliyini təmin edilməsi öhdəliyini götürür.
Araşdırma və məsləhət
ABB-İnvest İnvestisiya Şirkəti öz müştərilərinə müxtəlif maliyyə alətlərinin alınması, satılması və ya saxlanılması üzrə birdəfəlik məsləhətlərin verilməsi, eləcə də qiymətli kağız emitentləri barədə analitik hesabatların hazırlanması və təqdim edilməsini təmin edir.
Portfelin idarəolunması
ABB-İnvest İnvestisiya Şirkəti vəsaitləriniz professional komanda tərəfindən sizin risk və gəlirlik gözləntilərinizə uyğun strateqiya əsasında idarə edilməsini təklif edir.